“Avropa Komissiyası (AK) qarşıdakı illərdə hərbi xərcləri 5-10 dəfə artırmaq niyyətindədir”.
Globalinfo.az xəbər verir ki, bunu Latviyada keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
“Bu, Avropa İttifaqının (Aİ) 2028-2034-cü illər üçün büdcəsini əhatə edir və məqsəd Rusiyadan gələn təhlükəni neytrallaşdırmaqdır. Ukraynanın zamanla təlim keçmiş, yaxşı təchiz edilmiş və yaxşı maaşlı ordusuna sahib olmasını təmin etmək üçün bizim əhəmiyyətli və davamlı maliyyəyə ehtiyacımız olacaq”, – deyə Leyen planlarını bölüşüb.
Əliyar Xəlil
Globalinfo.az