
Avropa Ukrayna və Rusiya arasında mayın 15-də İstanbulda baş tuta biləcək danışıqların iştirakçısı olmalıdır.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.
Nazir Rusiya Prezidenti Prezidenti Vladimir Putinin birbaşa danışıqlara hazır olması barədə bəyanatını xatırladaraq deyib ki, dünən biz Ukraynada sülhün bərqərar olması istiqamətində qəti addımın atıldığı tarixi anın şahidi olduq:
“Amerikalıların dəstəklədiyi avropalıların və ukraynalıların yekdil çağırışı bazar ertəsindən başlayaraq qeyd-şərtsiz 30 günlük atəşkəs üçün Vladimir Putini düzgün istiqamətdə hərəkət etməyə sövq etdi. Bu, yaxşıdır və biz növbəti cümə axşamı günü uzunmüddətli sülhə başlamağa hazırıq”, – siyasətçi qeyd edib.
Eyni zamanda Barro vurğulayıb ki, danışıqların başlanması üçün atəş dayandırılmalıdır.
Diplomatın fikrincə, atəşkəs əldə olunmasa, o zaman Avropa və ABŞ Rusiya Prezidentinə təzyiqləri artıracaq.
“Rusiya iqtisadiyyatına dağıdıcı təsir göstərəcək kütləvi sanksiyalar tətbiq etmək imkanımız var. Son üç ildə avropalıların Rusiya iqtisadiyyatına tətbiq etdiyi sanksiyalar artıq Vladimir Putinə 400 milyard avro və ya üç illik hərbi büdcəyə başa gəlib”, – o qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna və müttəfiqlərinin tam atəşkəs təklifini rədd edib və 2022-ci ildə Türkiyədə başlayan danışıqların davam etdirilməsində israr edib.
Əliyar Xəlil