Ukrayna ilə Rusiya arasında təbii qazın Avropaya tranzit nəqlinə dair imzalanmış müqavilənin müddətinin dekabrda başa çatacağı deyilir. Xarici və yerli ekspertlər məsələ ilə bağlı çıxışlarında Avropanın bu problemi həll etmək üçün çox az vaxtının qaldığını bildirirlər.
Avropa bu qış nə ilə isinəcək? Hazırda Rusiya qazından asılılıq nə yerdədir? AB-nin əsas ölkələri Rusiyadan nə qədər qaz alır? Azərbaycandan hansı Avropa ölkələri nə qədər həcmdə qaz alır?
Globalinfo.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, Avropanın kifayət qədər qaz ehtiyatı var:
“Sentyabr ayının statistikasına baxdıqda 100 milyard kub metr qaz ehtiyatı yığdıqlarının şahidi oluruq. Anbarları demək olar ki, doldurublar. Qaz qiymətləri də bu səbəbdən 2022-23-cü illə müqayisə edilməyəcək qədər aşağıdır. Avropa əvvəl Rusiyadan qaza olan tələbatının 40-45 faizini ödəyirdisə, indi bu 10-15 faiz aralığındadır. Ukrayna üzərindən Cənub Qaz Dəhlizi ilə qaz almağa davam edir. Bir çox Avropa ölkələri Rusiyadan qaz alır və almaqda da davam edəcək”.
Xalid Kərimli
İqtisadçı Azərbaycandan hansı ölkələrin nə qədər qaz aldığı ilə bağlı məsələyə belə münasibət bildirib:
“Azərbaycandan da qaz alan ölkələr var. Sadəcə, ölkəmizdə Cənub Qaz Dəhlizinin ötürmə gücü məhduddur. Hazırda illik 22 milyard kub metr qaz ötürülür. Bunun 11-12 milyard kub metri Gürcüstan, Türkiyə və Avropanın bəzi ölkələrinə gedir.
Avropa bu problemi Əlcəzair və Norveçdən gələn qazların miqdarını artırmaqla, Rusiyadan qaz alışını davam etdirmək və s. yollarla aradan qaldırdı”.
Safura Bənnayeva
Globalinfo.az