16 pic 32ratio 900x600 900x600 4502 1

Rusiya Prezidenti Vladimir Putin təklif etsə, Macarıstan Transkarpatiyanın Ukraynadan alınmasına razı olmayacaq.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib. Baş nazir hesab edir ki, təcrübə onların bu macəraya girməməli olduğunu göstərir.

Orban ABŞ Prezidentinin Avropanı Qərb və Rusiya hissələrinə bölməyə razı olarsa, Macarıstanın hansı tərəfdə olacağını cavablandırıb.

Baş nazir qeyd edib ki, Macarıstan Qərb sivilizasiyasının bir hissəsidir, lakin etnik cəhətdən macarlar şərq mənşəlidir. Genetik faktorlara baxmayaraq, Orban əlavə edib ki, Macarıstan Qərbə məxsusdur.

Tahir Turan
Globalinfo.az

Paylaş: