Avropa Parlamentinin sədr müavini korrupsiya ilə bağlı saxlanıldı

Avropa Parlamentinin sədr müavini 2022-ci il dünya çempionatı ilə bağlı korrupsiya işi ilə bağlı saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Xüsusi əməliyyat zamanı, Avropa Parlamentinin sosialist fraksiyasından olan italiyalı keçmiş deputat Pyer-Antonio Panzeri və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Luka Visentini saxlanılıb. Polis keçmiş deputatın iqamətgahında 500 min avro nağd pul tapıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Brüsselin 14 müxtəlif kommunasında axtarış aparıblar.

Məlumata görə, istintaq 2022-ci ilin iyul ayından davam edir. Şübhəlilər Qətər tərəfdən rüşvət almaqda və Avropa İttifaqının siyasətinə, xüsusən də dünya çempionatına hazırlıq ərəfəsində Avropa Parlamentinin digər deputatlarının mövqeyinə təsir göstərməyə cəhddə ittiham olunurlar.

İddialara görə, həbs olunanlar digər Avropa Parlamentinin deputatlarına külli miqdarda pul və qiymətli hədiyyələr veriblər.