Avropa Parlamentindən Azərbaycana qarşı təxribat

“Martın 19-da Avropa Parlamentində “Azərbaycanda erməni hərbi əsirləri: Avropa Parlamentinin müvafiq qətnaməsinin qəbulundan 3 il ərzində yaranmış vəziyyət” adlı konfrans keçiriləcək”.

Globalinfo.az xəbər verir ki, konfrans Bolqarıstanın Avropa Xalq Partiyasının fraksiyasından olan deputatı Andrey Kovaçov tərəfindən təşkil ediləcək.

Sözügedən konfrans Avropa Parlamentinin ölkəmiz əleyhinə 2021-ci il mayın 20-də  “mülki məhbusları” və “hərbi əsirləri” qeyd-şərtsiz və dərhal azadlığa buraxmağı tələb edən qərarından sonra mövcud vəziyyətin təhlilinə həsr olunacaq.

Safura Bənnayeva
Globalinfo.az