Avropa liderləri Zelenskinin dəvətindən imtina etdi

zelenski 1

Avropa liderləri 9 may tarixində Kiyevə səfər etməkdən imtina ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Prezident Volodimir Zelenski onları həmin gün Moskvada keçiriləcək hərbi paradda Rusiya Prezidenti Vladimir Putinə qarşı alternativ tədbir kimi Kiyevə dəvət etmişdi.

Nəşrin məlumatına görə, Polşanın Baş naziri Donald Tusk həmin gün Parisə səfər edəcək. Orada Fransa Prezidenti Emmanuel Makronla təhlükəsizlik üzrə ikitərəfli saziş imzalanacaq. Böyük Britaniyanın Baş naziri Kir Starmer isə Norveçin paytaxtı Osloda keçiriləcək müdafiə sammitinə qatılacaq.

Almaniyanın gələcək kansleri Fridrix Mertz isə bildirib ki, digər Avropa liderləri səfərə qatılmayacağı təqdirdə, o da Kiyevə getməyəcək.

Bununla belə, Avropa İttifaqı liderlərinin mayın ortalarında Ukraynaya səfər etmələri gözlənilir. Həmçinin ehtimal olunur ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri 8 may tarixində Lvova səfər edə bilərlər.

Aysel Əliyeva
Globalinfo.az