Avropa Komissiyasının rəsmisi Ağdamda – FOTO

Avropa Komissiyasının (AK) Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kupman Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kupman “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu gün mən yerli minatəmizləmə ehtiyaclarını daha yaxşı öyrənmək üçün Azərbaycanın Ağdam şəhərində oldum. Avropa İttifaqının dəstəyinin cəmiyyətin həyatını necə dəyişdiyini görməkdən şadam”, – paylaşımda qeyd edilib.

Avropa Komissiyasının rəsmisi Ağdamda minatəmizləmə prosesi ilə tanış olub - FOTO