05322964 dc16 11ec ac1e 02420a0000c9 1024

Avropa Komissiyası aprelin 16-dan ABŞ-a qarşı 25 faizlik cavab tarifləri təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası idxal rüsumlarına daxil ediləcək məhsullar siyahısından viskini çıxarıb.

Qeyd edək ki, daha əvvəl Vaşinqton Avropa viskisinə tarif tətbiq ediləcəyi halda Avropa İttifaqından idxal olunan şəraba qarşı 200 faizlik tarif tətbiq edəcəyi ilə hədələyib. Ekspertlərin fikrincə, bu addım xüsusilə İtaliya, Fransa və Aİ-nin digər cənub ölkələrinin iqtisadiyyatına ciddi zərbə vura bilər.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: