“Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 25 fevral tarixli bəyanatı bir daha göstərməkdədir ki, Ermənistan regionda dayanıqlı sülhün tərəfdarı deyil və Paşinyanın normallaşma ilə bağlı bəyanatları sadəcə imitasiyadır. Çünki bu günə qədər Azərbaycan və Ermənistan arasında normallaşma prosesində hər nə uğur əldə olunubsa Prezident İlham Əliyevin dediyi kimi, monoloq yolu ilə, Azərbaycan Prezidentinin qətiyyəti ilə əldə olunuB”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, indi Azərbaycan hərbi siyasi qələbələri ilə elə bir geosiyasi konfiqurasiya yaradıb ki, nə Avropa İttifaqı, nə də onun çirkab yuvasına dönmüş parlament strukturu hansısa bəyanatla regionda nəyisə dəyişə bilməz:
“Əksinə, proseslər göstərir ki, zaman Azərbaycanın lehinə işləyir. Demokratların hakimiyyəti itirməsi ilə Ermənistan artıq okeanın o tayından əvvəlki dəstəyi görmür, yaxud Ermənistanı yeni münaqişəyə təşviq etmək məqsədi ilə son 5 ildə bu ölkəyə yardımlarını 2 dəfə artıran USAİD kimi korrupsiya yuvasının ləğvi İrəvan üçün böyük zərbədir. Və ya yerli-yersiz Ermənistana dəstək verən Kanadanın özünün bir dövlət kimi mövcudiyyəti sual altına düşüb, Tramp Kanada Baş nazirini qubernator adlandırır. Yəni görünən odur ki, Avropa İttifaqı strukturları Ermənistanın himayəçisi qismində faktiki olaraq meydanda tək qalıb”.
Safura Bənnayeva
Globalinfo.az