Avropa çempionatında ilk finalçı müəyyənləşdi

21 yaşadək futbolçular arasında Avropa çempionatında ilk finalçı müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, yarımfinalda İsrail yığmasını 3:0 hesabı ilə məğlub edən İngiltərə millisi həlledici matça vəsiqə qazanıb.

Qolları 42-ci dəqiqədə Morqan Gibbs Uayt, 63-cü dəqiqədə Koul Palmer və 90-cı dəqiqədə Kemeron Arçer vurublar. 17-ci dəqiqədə Uayt penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Qeyd edək ki, İngiltərə seçməsinin finaldakı rəqibi İspaniya – Ukrayna cütünün qalibi olacaq. Qeyd edək ki, seçməsinin finaldakı rəqibi – Ukrayna cütünün qalibi olacaq.