AVRO-2024: Türkiyə 3 qol ilə ilk qələbəsini qazandı – VİDEO

Matç bitdi. Hesab: 3-1

***

Kərəm Aktürkoğlu 90+7-ci dəqiqədə hesabı 3:1 edir.

***

Türkiyə hesabda önə keçdi.

Arda Gülər 66-cı dəqiqədə fantastik qol vurdu. hesab: 2-1

***

İkinci hissə başladı.

***

İlk hissə başa çatdı.

***

Gürcüstan hesabı bərabərləşdirdi. Mikautadze 32-ci dəqiqədə fərqləndi. Hesab: 1-1

***

Mərt Mülder matçın 26-cı dəqiqəsində Türkiyə millisini hesabda önə çıxardı: 1-0.

28-ci dəqiqədə də Türkiyə millisi fərqlənsə də, oyundankənar vəziyyət qeydə alındı.


***

Türkiyə – Gürcüstan matçı start götürdü.

***

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələcək Türkiyə və Gürcüstan yığmalarının start heyətləri açıqlanıb.

Globalinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matça aşağıdakı heyətlərlə çıxacaqlar:

Türkiyə: Mərt Günok, Kaan Ayhan, Samet Akaydın, Abdulkərim Bardakcı, Fərdi Kadıoğlu, Mərt Mülder, Arda Gülər, Orkun Kökçü, Hakan Çalhanoğlu, Kənan Yıldız, Barış Alpər Yılmaz.

Baş məşqçi: Vinçentso Montella.

Gürcüstan: Giorgi Mamardaşvili, Solomon Kverkveliya, Quram Kashia, Laşa Dvali, Otar Kakabadze, Anzor Mekvabişvili, Giorgi Tsitaişvili, Giorgi Qoçoraşvili, Giorgi Çakvetadze, Xviça Kvaratsxeliya, Jorj Mikautadze.

Baş məşqçi: Villi Sanyol.