AVRO-2024: Portuqaliyadan möhtəşəm geridönüş – VİDEO

Portuqaliya Çexiya üzərində əzmkar qələbə (2-1) qazandı.

***

Portuqaliya Çexiya ilə matçda geridönüş edir.

Konsesao görüşün 92-ci dəqiqəsində Portuqaliyanı hesabda önə çıxardı: 2-1

***

Xranaç 69-cu dəqiqədə avtoqol müəllifi oldu: 1-1.

***

Provod 62-ci dəqiqədə Çexiyanı hesabda önə keçirdi: 0-1.

***

Portuqaliya millisi Çexiya seçməsi ilə üz-üzə gəlir.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda daha bir matça start verilib.

Globalinfo.az xəbər verir ki, I turun Portuqaliya – Çexiya qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayıb.

Görüşü italiyalı hakim Marko Quida idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.