AVRO-2024: İspaniya Fransanı məğlub etdi, finalçı oldu

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

Oyunun 9-cu dəqiqəsində Fransa millisinin futbolçusu Kolo-Muani fərqlənib. İspaniya yığmasından isə 21-ci dəqiqədə Lamin Yamal, 25-ci dəqiqədə Dani Olmo rəqib qapısına yol tapıblar. Beləliklə, İspaniya Fransanı 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Qeyd edək ki, İspaniya yığması finalda bu gün keçiriləcək digər yarımfinalın Niderland – İngiltərə görüşünün qalibi ilə qarşılaşacaq.

***

İkinci hissə başladı.

İkinci hissəyə ispanlar 2:1 hesabı ilə öndə başlayırlar.

Yarımfinal görüşündə ilk hissə başa çatıb.

İlk hissəni ispanlar 2:1 hesabı ilə öndə başa vurdu.

***

Olmo 25-ci dəqiqədə ikinci qolu Fransanın qapısından keçirdi: 2-1.

***

Yamal görüşün 21-ci dəqiqəsində İspaniyanın bərabərlik qolunu vurdu: 1-1.

***

Kolo Muani 9-cu dəqiqədə hesabı açdı: 0-1

***

İspaniya və Fransa milli komandaları arasında futbol üzrə Avropa çempionatının yarımfinal oyunu başlayıb.

Globalinfo.az xəbər verir ki, oyun Münhendəki “Allianz Arena”da keçirilir.

Matçı Slavko Vinçiçin (Sloveniya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.