Aviabiletlərin qiyməti endiriləcək – AZAL-dan gözlənilməz addım

“Regionlardakı hava limanlarının da hətta simvolik haqqa razı olmaqla icarəyə verilməsi ilə bağlı xarici şirkətlərə artıq müraciət olunub, danışıqlar gedir”.

Globalinfo.az xəbər verir ki, bu barədə AZAL-ın birinci vitse-prezidenti, sədrin səlahiyyətilərini icra edən Samir Rzayev iqtisadçı-ekspert Natiq Cəfərli ilə görüşü zamanı bildirib.

Hava limanı ilə bağlı tənqidləri cavablandıran S.Rzayev bəzi mözvulara aydınlıq gətirib.

O bildirib ki, bu yöndə ciddi işlər aparılır:

“Türkiyədə oxuyan tələbələrə güzəştli biletlər satılması artıq həll olunub, bu yanaşmanın başqa ölkələrdə oxuyan tələbələrə də şamil olunması üçün işlər görülür. Qiymətlərin aşağı düşməsi üçün xərclərin azaldılması proqramı var, artıq keçən illə müqayisədə xərclərin 15 faiz aşağı salınmasına nail olunub, bu da qiymətlərə təsir edəcək. Yaxın zamanlarda yeni qiymət endirimləri olacaq”.

Samir Rzayev həmçinin qeyd edib ki, AZAL-da İctimai Şura da yaradılacaq.