vrc

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasının ikinci yarış günü “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.

Globalinfo.az xəbər verir ki, idmançılarımız turnirin ikinci günündə 1 qızıl, 1 gümüş, 2 bürünc olmaqla 4 medala layiq görülüblər.

Akademik avarçəkmədə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında 1500 metr məsafəyə yürüşdə Azər İlyasov birnəfərlik qayıqda qızıl medala sahib olub.

Birnəfərlik kayakda 500 metr məsafədə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Əlimurad Hacızadə gümüş medal qazanıb.

Mustafa Vəlizadə – Elmir Tarverdiyev cütü ikinəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə 2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində üçüncü olub.

Niyaz Məlikov – İvan Vorobjanski 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində ikinəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Xatırladaq ki, “Prezident Kuboku 2026” reqatasına mayın 1-də yekun vurulacaq.

704fc7dd 547f 4cf2 b593 88a410772916
21a88ecf e8fe 4da0 9508 25e9a9b3a3a4
e8d4727a 4687 4162 9502 df5663af5a21
2080feb3 55cf 4a04 b066 dffd8e3453fc
6cb73287 c5c0 4797 aa07 805c74fde47f
c1a332f5 0871 400e aa4b f861332f4871
250ca420 4358 49ea bdc2 04a43c74cad2
424160e4 49e3 4c5a b7aa aa4aacfc4317
12fd5447 8a5f 4086 a11f d3ac19022293
a924b1ee 3b82 4131 9c9c 1344cbe5f76b
4b0c1026 2a4a 4d8e 8eb7 10386f57aa06

Paylaş: