Audiovizual Şura təşviqat dövründə monitorinqlər həyata keçirəcək

Qanunvericiliyə əsasən, Audiovizual Şura seçkiqabağı təşviqat dövründə monitorinqlər həyata keçirir, televiziyalarda seçkiqabağı təşviqat şərtlərini daim nəzarətdə saxlayır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Audiovizual Şuranın sədri İsmət Səttarov deyib.

O bildirib ki, bu sahədə qanunvericiliklə üzərlərinə qoyulan tapşırıqları səlahiyyətləri çərçivəsində yerinə yetirməyə hazırdırlar.