Baş Prokurorluq itkin düşən qızla bağlı açıqlama yaydı – YENİLƏNİB

Bəzi media qurumları tərəfindən rəsmi qurumla dəqiqləşdirmə aparmadan Nərgiz Nəcəfovanın Ağdam rayonu ərazisində itkin düşməsi faktına dair təhrif olunmuş məlumatlar yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumatda bildirilir ki, qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur: “Süni ajiotaj yaratmaq məqsədilə ictimailəşdirilmiş həmin məlumatlarla bağlı bildirilir ki, Ağdam rayon sakini 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın 4 il əvvəl itkin düşməsi faktına dair bütün təfərrüatlar hərtərəfli araşdırılır.

Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında cinayət işi başlanmaqla istintaq aparılır.

Media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik”.

***13:53

Ağdamda 4 il əvvəl ölən qızla bağlı axtarışlara başlanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, axtarış rayonun İmamqulubəyli qəsəbəsində aparılır.

Meyiti axtarılan şəxsin qəsəbə sakini, 1996-cı təvəllüdlü Nəcəfova Nərgiz Şikar qızı olduğu bildirilir.

Verilən məlumata görə, onu atası, Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

Bu gün evin həyətyanı sahəsinə baxış keçirilib. Hazırda kənddən keçən su kanalında axtarışlara başlanıb.

***13:23

Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.

Verilən məlumata göörə, qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu qızı, 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızını 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib basdırılan şəxsin meyiti aşkara çıxarılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapılıb - FOTO Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapılıb - FOTO Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapılıb - FOTO