Atasından qalan ov tüfəngini polisə təhvil verdi – FOTO

Paytaxt sakini dünyasını dəyişən atasından qalan ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xətai RPİ-nin 35-ci PB-nə müraciət edən paytaxt sakinlərindən biri 1986-cı ildə dünyasını dəyişən atasından qalan və bu günə kimi saxladığı 1 ədəd təklüləli ov tüfəngini könüllü polisə təhvil verib.

Bundan başqa, Xətai rayon sakini olan daha bir nəfər polisə məlumat verərək aşkar etdiyi 3 ədəd əl qumbarası, 3 ədəd alışqan, 1 ədəd patron darağı və 82 ədəd müxtəlif növ odlu silaha aid partonları polisə təhvil verib.

Məlumat verən vətəndaşlara qarşı heç bir cəza tədbiri görülməyib.

Polisə vaxtında məlumat verdiyi üçün onlara təşəkkür edilib.