Aysun İsmayılovanın atası infarkt keçirib.
Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə özü “Rəngarəng” verilişində məlumat alıb.
Aparıcı Zaur Nəbioğlu müğənniyə həmin xəbəri belə çatdırıb: “Bibin qızı zəng edib dedi ki, dünən atan telefonla danışandan sonra çox ağır infarkt keçirib”.
Aysun İsmayılovanın bu xəbərə soyuq yanaşması da gözdən yayınmayıb. O yalnız “Allah kömək olsun”, – deyib.
Müğənni illərdir ki, ata həsrəti çəkdiyini bildirib. Bir neçə gün əvvəl sözügedən verilişdə o, atası ilə telefonla ünsiyyət qurub.