Asya Aslanovanın son durumu açıqlandı – YENİLƏNİB

Reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın (AsyaFuad) son vəziyyəti açıqlanıb.

Globalinfo.az bildirir ki, bu barədə Lent.az-a Asyanın bloger dostu Ramal İsayev məlumat verib.

O bildirib ki, Asya süni nəfəs aparatından çıxarılıb:

“Asyanın anası ilə danışdım. Ayılıb. Süni nəfəs aparatından çıxarıblar. Yaxşı olsa axşam palataya yerləşdirəcəklər”.

***10:45

İki gün əvvəl reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın vəziyyəti pisləşib və o süni-tənəffüs aparatına qoşulub.

Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, bu barədə bloger Ramal İsayev məlumat yayıb.

“Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar”, – o bildirib.

Xatırladaq ki, dekabrın 16-da Bloger Asya Aslanova (AsyaFuad) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Blogerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o ağıl dişini çəkdirərkən narkozda olub və qanına infeskiya keçib.