Astarada vətəndaşa çadır ev quruldu – FOTOLAR

Astarada torpaq sürüşməsi nəticəsidə evində çatlar yaranan şəxsə yardım göstərilib.

Globalinfo.az FHN-ə istinadən xəbər verir ki, nazirliyə Astara rayonunun Sım kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Xalıqov Xətai Xanoğlan oğluna məxsus evin yaşayış üçün təhlükəli vəziyyətə düşməsi barədə məlumat daxil olub.

Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Sım kənd sakini Xalıqov Xətai Xanoğlan oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.