AŞPA tarixi səhvə yol verdi – Türkiyə XİN

Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2023-cü il oktyabrın 12-də Türkiyə ilə bağlı qəbul etdiyi tövsiyə və qərarla tarixi səhvə yol verib.

Globalinfo.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, bu təşəbbüslə AŞPA məhkəmə proseslərindən siyasət üçün istifadə edir və dialoq kanallarını bağlamağa çalışır.

“Bu, AŞPA-nın əsas səbəbini təşkil edən demokratik dəyərlərə ziddir. AŞPA-nın etdiyi bu ehtiyatsızlıq gələcəkdə utancla xatırlanacaq. Türkiyə qurucu üzvü olduğu Avropa Şurasının məşvərət orqanı olan AŞPA-nın öz məqsəd və dəyərlərindən bu qədər uzaqlaşmasından təəssüflənir”, – deyə vurğulanıb.