Asiya Kubokunun qalibi məlum oldu: Finalda üç penalti oldu – VİDEO

Futbol üzrə Asiya Kubokunun qalibi məlum olub.

Globalinfo.az xəbər verir ki, final matçında İordaniya və Qətər yığmaları üz-üzə gəliblər. Gərgin keçən görüş qətərlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 22-ci dəqiqədə Qətər seçməsinin heyətində penaltidən Əkrəm Afif açıb. İordaniya yığması 67-ci dəqiqədə Yazan Əl-Naimat ilə tablodakı rəqəmləri bərabərləşdirsə də, 73-cü və 90+5-ci dəqiqələrdə Əkrəm Afif növbəti penaltiləri qola çevirərək komandasına kuboku qazandırıb.