ChatGPT Image 15 %D0%B8%D1%8E%D0%BB. 2026 %D0%B3. 21 10 42

“Bizim çağrı mərkəzi tamamilə süni intellekt əsaslı xidmətə keçid edir. Pilot olaraq müəyyən komponentlərini istismara vermişik, artıq bu il çağrı mərkəzi tamamilə süni intellekt əsasında işləyəcəkdir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Teleqraf İnformasiya Agentliyi və Baku TV-yə müsahibəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ( “ASAN xidmət “) sədri Ülvi Mehdiyev deyib.

Sədr vurğulayıb ki, bununla da “ASAN xidmət” fasiləsiz çağrı xidmət göstərmiş olacaq:

“Vətəndaşların gözləmə müddətini sıfır saniyəyə endirəcək, yəni istənilən vaxt zəng etsələr, gözləmədən birbaşa suallarına cavab ala biləcəklər. Beləliklə, biz həm də zənglərə verilən cavabların nə dərəcədə əhatəli olduğu, müraciətlərin hansı səviyyədə cavablandırıldığı və xidmət keyfiyyəti ilə bağlı digər göstəriciləri də qiymətləndirəcəyik”.

Paylaş: