“ASAN xidmət”in direktor müavini vəfat etdi

2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin direktor müavini Altay Ələsgərov bu gün vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

Onun uzun müddət ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilib.