Arzu Nağıyevlə bağlı maraqlı faktlar – iqtisadçı, təlimatçı, şöbə rəisi, deputat… 

Bu gün Milli Məclisin deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Arzu Nağıyevin doğum günüdür.

Globalinfo.az xəbər verir ki, deputatın 60 yaşı tamam olur.

Arzu Nağıyev 1963-cü il iyulun 27-də Tovuz rayonunda anadan olub. 1980-ci ildə rayonun Yusif Sadıxov adına Bozalqanlı kənd orta məktəbini qızıl medalla bitirib.1985-ci ildə Serqo Ordjonikidze adına Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili fakültəsindən mühəndis iqtisadçı ixtisası üzrə məzun olub. 1991-ci ildə isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali kurslarını qırmızı diplomla başa vurub.

1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazirliyinin 4 saylı trestində iqtisadçı, baş iqtisadçı işləmiş, 1987–1989-cu illərdə Azərbaycan LKGİ Nərimanov rayon komitəsinin təlimatçısı, şöbə müdiri olmuş, 1991–2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi qulluq keçmiş, əməliyyat müvəkkili – şöbə rəisi vəzifələrində çalışmışdır.

O, 2011-ci ildən 2021-ci ilə kimi “Trend” Beynəlxalq İnformasiya Agentliyində baş direktorunun müavini olub. Arzu Nağıyev həm də təhlükəsizlik orqanlarının ehtiyatda olan zabiti və Qarabağ müharibəsi veteranıdır.

Azərbaycan Respublikasının Milli Məclisinə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən VI çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur, bitərəfdir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvüdür. O, həm də Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, İsrail, Slovakiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Milli Məclis tərəfindən Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə komitəsinə seçilmişdir.

A.Nağıyev MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.

Deputat 26 iyul 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Globalinfo.az kollektivi deputat Arzu Nağıyevi yubileyi münasibətilə təbrik edir. Ona şəxsi və iş həyatında uğurlar diləyir.

Globalinfo.az