Arzu Abdullayevə Naxçıvanda yüksək vəzifə verildi

Arzu Kamal oğlu Abdullayev Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru təyin edilib.

Globalinfo.az TNS-ə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Qeyd edək ki, Arzu Abdullayev indiyədək universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin müəllimi olub. O, eyni zamanda Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti ərazi ilk təşkilatının sədridir.