Arvadının dəm qazından zəhərləndiyini eşidən kişi öldü

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü X.Mehdiyeva dəm qazından zəhərlənib və o, rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qadının dəm qazından zəhərləndiyi xəbərindən təsirlənən həyat yoldaşı, 1956-cı il təvəllüdlü Gülağa Mehdiyev isə qəfildən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.