Arvadını öldürən şəxs haqda yeni faktlar – Təfərrüat

Ağdamda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Globalinfo.az xəbər verir ki, rayonun məcburi köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində qətlə yetirilən 37 yaşlı Tünzalə İbadova 5 uşaq anası olub.

Onu öldürən əri 1974-cü il təvəllüdlü Sahib İbadovun içki aludəçisi olduğu bildirilir.

Sahib İbadovun əmisi oğlu, Namiq İbadov APA-ya deyib ki, Sahibin törətdiyi cinayət hər kəsi, o cümlədən anasını hiddətləndirib:

“Tünzalə sakit gəlin idi. Gözləmirdik belə bir hadisə ola. Sahib bənna işləyirdi, amma içki aludəçisi idi, çox içirdi. Tünzalə işləmirdi, uşaqlarına baxırdı. Gözləmədiyimiz hadisə oldu. Hamısı spirtli içkinin təsiridir. Tünzalənin qohumları Bakının Qobu qəsəbəsində yaşayır. Özü yetim idi, 5 övladı da yetim qaldı. Böyük uşağının 12, balacasının 3 yaşı var”.