Arutyunyanı Qarabağdan rədd etmək, sonra isə… – Tevanyan

“Araik Arutyunyanı Qarabağdan rədd etmək və daha sonra İrəvanda hakimiyyət dəyişikliyinə nail olmaq “Ana Ermənistan” blokunun seçki kampaniyasında iştirakının əsas məqsədidir”.

Globalinfo.az xəbər verir ki, bunu sözügedən blokun lideri Andranik Tevanyan deyib.

“Araikin Qarabağda, Nikolun Ermənistanda işi yoxdur. Onların kənarlaşdırılması təhlükəsizlik üçün əsas şərtlərdən biridir”, – Tevanyan qeyd edib.

Tamerlan Yayaqan
Globalinfo.az