araik 900x557 1

11:40

Xankəndidəki separatçı rejimin “lider”i Araik Arutyunyanla digər baş terrorçu Ruben Vardanyan arasında vəziyyət gərgin olaraq qalır.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Ermənistan mediası yayıb.

Qəzet vəziyyətin artıq dözülməz həddə çatdığını bildirib.

Nəşr daha bir sensasion iddia ilə çıxış edib. Məlumata görə, Araik Arutyunyan dünən Rusiya sülhməramlıları vasitəsilə Xankəndini tərk edərək, Ermənistana gedib, buradan isə Moskvaya uçub.

Arutyunyanın səfərində əsas məqsədin Vardanyanla yaranmış problemin siyasi həllini axtarmaq olduğu vurğulanıb.

Erməni mətbuatı Arutyunyanın Rusiyadan qondarma rejimdə növbədənkənar “seçki” keçirilməsini və Vardanyanla özü arasında seçim edilməsini istəyəcəyini bildirib.

Separatçıların “lider”inin fikrincə, Vardanyan Xankəndidə qaldıqca Laçın yolu ilə bağlı məsələ həll edilməyəcək.’

İlkin Həsənov
Globalinfo.az

Paylaş: