Araik

Xankəndidəki separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyan bu gün “xarici və daxili məsələlərlə bağlı” ermənilərə müraciət edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Arutyunyanın “mətbuat katibi” Lusini Avanesyan yayıb.

Bununla belə, Avanesyan müraciətin dəqiq hansı məsələ ilə bağlı olacağını açıqlamayıb.

Qeyd edək ki, son zamanlar Qarabağda vəziyyət gərginləşib. Paşinyanın dünən Qarabağı “Azərbaycanın tərkib hissəsi” adlandırması Arutyunyanı daha ağır vəziyyətə salıb. Ona qarşı xüsusilə rusiyayönlü, eləcə də Paşinyanın dəstəklədiyi Samvel Babayandan təzyiqlər artıb. Üstəlik, Arutyunyanın “istefaya getməsi” ilə bağlı bir müddət əvvəl “spiker” Artur Tovmasyanın açıq bəyanatı da mövcuddur. Ona görə də bu gün çıxış edəcək Arutyunyanın iki məsələyə – Paşinyanın açıqlaması fonunda separatçı rejimin gələcək taleyinə və özünün “istefaya getməsi” məsələsinə aydınlıq gətirəcəyi gözlənilir.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: