Arutyunyan bu ölkəyə qaçmaq istəyir

Hazırda Bakıda istintaq təcridxanasında olan keçmiş qondarma rejimin “rəhbəri” Araik Arutyunyanın əmisi oğlu, separatçıların “dövlət naziri” olmuş Artur Arutyunyan Ermənistandan qaçmaq istəyir. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Artur Arutyunyanın Ermənistana köçən separatçılardan uzaqlaşmaq istədiyi və Almaniyaya köçməyi planladığı bildirilir.

Məlumata görə, A.Arutyunyan Ermənistan hakimiyyətinə yaxın yeganə separatçı olub. O, Ermənistana gəldikdən sonra Baş nazir Nikol Paşinyanın müavini Tiqran Xaçatryanla əlaqə saxlayıb və Bakıda istintaq təcridxanasında olan əmisi oğlu Araik Arutyunyanın maraqlarını müdafiə etməyə çalışıb. Lakin bunun faydasız olduğunu anladığı üçün ölkəni tərk etmək qərarı verib.

Ayşən Mustafa
Globalinfo.az