Ermənilər “artsax”a görə üzr istəməyə başladılar

Ermənistanda hökumət tərəfindən bütün dairə və müəssisələrə “artsax” sözünün işlədilməsinin qadağan edildiyi deyilir. 

Globalinfo.az xəbər verir ki, dövlət məmurları, bir sıra vəzifəli şəxslərin çıxışlarında “artsax” dedikdən sonra üzr istəyib, bunu “Dağlıq Qarabağ” olaraq dəyişdirməsi erməni ictimaiyyətində diqqət çəkib.

Ermənistan KİV nümayəndələri ölkənin ədliyyə naziri Qriqor Minasyana bununla bağlı yuxarıdan hər hansı tapşırığın verilib-verilmədiyinə dair sual ünvanlayıblar. Minasyan hökumətin belə bir tapşırığının olmadığını bildirib.

Eyni suala cavab verən Ermənistanın daxili işlər nazirinin müavini Arpin Sərkisyan “Dağlıq Qarabağ” termini beynəlxalq platformalarda daha populyardır” deyib.

Qeyd edək ki, Ermənistan məktəblərində bu ifadənin yer aldığı kitabların yığışdırıldığı və yeniləndiyi, xəritələrin hissə-hissə dəyişdirildiyi bildirilir.

Ayşən Mustafa
Globalinfo.az