İrəvanda “artsax” səfərbərliyi başladı – İnanılmaz addım

Artıq məhv olmuş qondarma terrorçu rejimin buraxılması ilə bağlı sənədin ləğv edildiyini, “artsax”ın mövcudluğunu qoruduğunu deyən şəxslər Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılır. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Məlumata görə, artıq bir neçə qondarma rejim “rəsmisi” təhlükəsizlik xidmətinə çağırılıb. Onların arasında keçmiş qondarma rejimin “ombudsman”ı Artak Beqlaryan, separatçıların rəhbəri Samvel Şahramanyanın keçmiş “müavini” Vladimir Qriqoryan, “parlamentin sədr müvini” Qaqik Baqunts və başqalarının olduğu qeyd edilib.

Nəşr dindirilmə üçün çağırılan şəxslərə sərt münasibət və psixoloji təzyiq göstərildiyini, kritik suallar ünvanlandığını yazır.

Ayşən Mustafa
Globalinfo.az