1761195454

ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin sülh yolu ilə həllinə dair əsas konturların artıq formalaşdığını bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Florida ştatındakı Mar-a-Laqo malikanəsində planlaşdırılan görüşdən əvvəl media nümayəndələrinə danışıb.

Trampın sözlərinə görə, Ukrayna və hamı üçün yaxşı olacaq bir razılaşmanın konturları var. ABŞ Prezidenti həmçinin Rusiya prezidenti Vladimir PutinUkrayna liderinin sülhə nail olmaq istədiklərini düşündüyünü də qeyd edib.

O əlavə edib ki, Zelenski ilə görüşdən sonra Vladimir Putinə zəng etməyi və olduqca çətin, amma o qədər də çətin olmayan danışıqlar aparmağı planlaşdırır.

Tahir Turan
Globalinfo.az

Paylaş: