“Arsenal” “Mançester Yunayted” matçında 5 qol vuruldu – VİDEO

“Arsenal” Premyer Liqanın 21-ci turunda “Mançester Yunayted”i məğlub edib -3:2.

Globalinfo.az xəbər verir ki, hesabı 17-ci dəqiqədə Markus Reşford açıb. Edvard Nketia 7 dəqiqədən sonra hesabı bərabərləşdirib və Bukayo Saka 53-cü dəqiqədə “topçular”ı önə keçirib.

Lisandro Martinez tezliklə hesabı yenidən bərabərləşdirdi. 90-cı dəqiqədə Nketia dubl edib. Onun ikinci topu komandasına qələbədə qazandırıb.

Bu oyundan sonra “Arsenal” xallarını 50-yə çatdırıb və liderliyini davam etdirir.