“Arsenal” “Çelsi”nin hücumçusunu transfer etdi – 60 milyona

Kay Haverts İngiltərə Premyer Liqasında klubunu dəyişib.

Globalinfo.az xəbər verir ki, Almaniya millisinin üzvü “Çelsi”dən “Arsenal”a keçib.

İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, bu transfer “topçular”a 60 milyon funt sterlinqə başa gəlib. Daha 5 milyon funt sterlinq bonuslar nəzərdə tutulub.

2020-ci ildən “Çelsi”də çıxış edən 24 yaşlı hücumçu ötən mövsüm “zadəganlar”ın heyətində bütün turnirlərdə 47 oyun keçirib, 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.