Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehrana səfəri çərçivəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının Baş katibi Əli Əkbər Əhmədian ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, tərəflər ikitərəfli münasibətlər və regional məsələləri müzakirə edib.
***
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana səfər edib.
Globalinfo.az xəbər verir ki, Qriqoryanın bir sıra İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, general Əli-Əkbər Əhmədian və bir sıra rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Tərəflər regionda baş verən son hadisələri, o cümlədən ikitərəfli münasibətləri, xüsusilə də iqtisadi və infrastruktur sahələri üzrə əməkdaşlığı müzakirə edəcəklər.