Arlinqton raundu başa çatdı, davamı nə olacaq? – VİDEO

“İki ölkənin XİN başçılarının masa arxasında vasitəçi olmadan görüşməsi müsbət hal kimi dəyərləndirilməlidir”.

Globalinfo.az xəbər verir ki, bu barədə 1-4 may tarixlərində ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan danışıqlardan bəhs edən “Caliber”in yutub hesabında paylaşdığı videomaterialında qeyd edilib.

“Artıq birbaşa kontaktların normaya çevrilməsi müsbət hal kimi qeyd edilməlidir. Belə ki, danışıqların bu formatı görüşün daha açıq, səmimi və tərəflərin özlərini daha sərbəst hiss etməsi ilə nəticələnəcək. Əlbəttə, bu məqam Azərbaycan tərəfinə aid deyil, bu günə qədər baş tutmuş bütün görüşlərdə Azərbaycan nümayəndə heyəti psixoloji baxımdan özünü hər zaman güclü hiss edib və bütün təzyiqlərə davam gətirdiyini sübuta yetirib”, – deyə müəllif qeyd edib.

Daha ətraflı “Caliber”in süjetində: