Arif Hacılının oğlu ev dustaqlığına buraxılıb?

Bakı şəhəri Yasamal rayon məhkəməsində Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Orxan Hacılının vəkili Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, məhkəmə vəsatəti təmin etməyib və Orxan Hacılı ev dustaqlığına buraxılmayıb.

Qeyd edək ki, noyabrın 2-də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham irəli sürülüb.