Arif Babayev: “Bunu etmək borcumuzdur”

“Mən də hər kəs kimi səsvermədə iştirak etdim”.

Bu sözləri Globalinfo.az-a Xalq artisti Arif Babayev Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində iştirak etməsilə bağlı danışarkən deyib.

“Mən artıq öz səsimi vermişəm. Müəyyən səbəblərə görə Qarabağda deyil, Bakıda səs verməyə qərar verdim. Prezidentə səs vermək borcumuzdur! Ondan yaxşısını seçməyəcəyik ki… O, olmayanı etdi. 30 il işğalda olan torpağımızı əsgərlərimizlə birgə geri aldı”, – Xalq artisti qeyd edib.

Zaira Akifqızı
Globalinfo.az