Bakıda tanınmış alimin öldüyü yerdən VİDEO

Bakıda tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzasının görüntüləri yayılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntülərdən avtomobilin A.Acaloğlunu noyabrın 15-i saat 23 radələrində Heydər Əliyev prospektində – Olimpiya stadionun qarşısında piyadaların keçidi üçün nəzərdə tutulmayan ərazidən yolu keçərkən vurması məlum olur.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.

Qeyd edək ki, Sabunçu rayonu ərazisində Bakı şəhər Xəzər rayon Şağan qəsəbə sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi 90 DR 808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini, 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A.Acaloğlu orada ölüb. Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Avtomobili idarə edən Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir. Hadisə o, evə gedərkən baş verib. Qəzadan sonra A.Maqsudov maşını saxlayıb və özü Arif Acaloğlunu xəstəxanaya aparıb.