“Ariel” Türkiyədə cərimələndi – İlginc səbəb

arile

Məşhur yuyucu vasitə markası olan “Ariel” Türkiyədə cərimələnib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, buna səbəb brendin saxta reklamıdır.

Belə ki, brendin reklamında 1 yumada ləkəli paltarların təmizlənəcəyi vəd edilir.

Həmin reklamdan Ticarət Nazirliyinə şikayət edilib. Şikayətdən sonra tədbir görülüb və brendin reklamında 1 yumada təmizlənəcəyini iddia etdiyi ləkə nazirlik tərəfindən aparılan sınaqda 8 yumada silinib.

Rəqib məhsullardan daha az yuyucu vasitə ilə daha yaxşı təmizlik təmin etdiyini iddia edən “Procter & Gamble” şirkəti aldadıcı reklam səbəbi ilə 2,2 milyon lirə cərimə edilib.