Argentinaya görə bir milyonundan oldu

Dünyaca məşhur repçi Dreyk ötən gün baş tutan dünya çempionatının finalında milyon dollar pul itirib.

Globalinfo.az Axşam.az-a istinadən xəbər verir ki, repçi Argentina millisinin əsas vaxtda qələbəsinə mərc edib. Lakin hesab bərabər olduğu üçün oyun penaltilər seriyasına qədər uzanıb.

Qeyd edək ki, ötən gün Argentina millisi tarixində üçüncü dəfə dünya çempionu olub.