Argentina prezidentindən rəqibinə maraqlı təklif

Argentinanın yeni seçilmiş prezidenti Xavyer Miley seçkilərdəki rəqibi Patrisiya Bullriçə ölkənin təhlükəsizlik naziri vəzifəsini təklif edib.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə “La Nacion” nəşri məlumat yayıb.

Bullriçin təklifə hələlik cavab vermədiyi bildirilib.

Qeyd edək ki, Patrisiya Bullriç 2015-2019-cu illərdə Argentinanın təhlükəsizlik naziri işləyib.