Argentina bu əraziləri tələb edir – 191 il sonra…

Argentina Folklend adaları məsələsinin həlli üçün Böyük Britaniyaya danışıqları bərpa etməyi təklif edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Argentina hökuməti və xalqı qeyri-qanuni işğalından 191 il sonra Folklend adaları, Cənubi Corciya, Cənubi Sandviç adaları və onlara bitişik dəniz əraziləri üzərində qanuni və ayrılmaz suverenlik hüquqlarını bir daha təsdiqləyir”, – bəyanatda bildirilib.