Arda Turan 13 milyon avro itirdi

“Barselona” və Türkiyə millisinin sabiq futbolçusu Arda Turan 13 milyon avro itirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o,  İspaniyanın “Sport” qəzetinə açıqlamasında bildirib.

36 yaşlı Turanın sözlərinə görə, o, İstanbuldakı banklardan birinin menecerinin məsləhəti ilə investisiyalar edib, lakin yatırılan bütün vəsait itib. O, aldadıldığına əmindir.

“Mənə dedilər ki, pulu yatırmaqla qazanc əldə edəcəm. Mən 13 milyon avrodan çox pul verdim. Karyeramın uzun illəri ərzində qazandığım bütün pullar bir anda yox oldu”, – Turan bildirib.

Turan eyni menecerdən əziyyət çəkən yeganə futbolçu deyil. “Qalatasaray”ın qapıçısı Fernando Muslera və bir neçə digər keçmiş türk futbolçu may ayında onların da aldadıldığını bildirib. Uruqvaylı qolkiper 1,2 milyon itirib.

Globalinfo.az