Arda Gülər dünya nəhənginə transfer olundu – FOTO

“Fənərbağça” klubunun gənc ulduzu Arda Gülər İspaniya nəhəngi “Real Madrid”ə transfer olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Real Madrid” klubu məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçinin sabah klub prezidenti Florentino Perezin iştirakı ilə mətbuat konfransında ictimaiyyətə tanıdılacağı deyilir.

Onun müqavilə müddətinin 5 il olacağı bildirilir.

Ayşən Mustafa
Globalinfo.az